"Zenit”in çalışdırıcısı Robert Mançini Rusiyanı tərk edəcək.
Fanat.Az "Sport Mediaset”ə istinadən xəbər verir ki, mütəxəssis İtaliya millisinin "sükanı arxası”na keçəcək. İtaliya Futbol Federasiyası sözügedən çalışdırıcının baş məşqçi təyin edilməsi haqda ictimaiyyətə mayın 20-dək məlumat verəcək.
Belə ki, İtaliya yığması mayın 28-də Səudiyyə Ərəbistanıyla yoxlama görüşünə çıxacaq. İsveçrənin Sankt – Qallen şəhərində baş tutacaq oyuna qədər təyinatın rəsmən açıqlanması planlaşdırılıb.
Fanat.Az