21:23 20.04.2018 1486

Elşad Əhmədov: "Çempionluq uğrunda da maraqlı mübarizə gedir"

"Xəzər" qələbələri sıralamaqda davam edir. Elşad Əhmədovun komandası növbəti uğuru Premyer Liqa uğrunda mübarizədə rəqiblərindən olan "Binə" üzərində qazanıb. Özü də "Xəzər" 3 xalı 3 qolla qazanıb. Əhmədov həm son oyunu, həm qarşıdakı perspektivi dəyərləndirib. 

- Oyun necə alındı?
- İlk dövrədə səfərdə "Binə"yə məğlub olmuşduq deyə matça çox istəkli çıxmışdıq. Şükürlər olsun ki, ilk hissədə hesabı açıb ardından ikinci hissədə daha iki qol vuraraq 3:0 qələbə qazandıq.  

- Ardıcıl qələbələr komandada arxayınlıq yaratmır ki?
- Ola bilər ki, arxayınlıq yaransın. Amma əlimizdən gələni edəcəyik ki, sonra problem yaranmasın. 

- Dünən rəqibləriniz olan "Şüvəlan" və "Qaradağ Lökbatan"ın öz aralarındakı qarşılaşmada xal itirdi. O matçı izlədinizmi?
- Bəli. Oyunu stadiondan izlədik. Hər ikisi yaxşı komandadı. Çempionluq uğrunda da maraqlı mübarizə gedir. Sona 3 tur qalmış hər bir komanda bir-birinə qarşı oynayacaq. 

- Elə növbəti turda "Qaradağ Lökbatan"la qarşılaşacaqsınız...
- Bizi olduqca maraqlı oyun gözləyir. "Qaradağ Lökbatan" yaxşı kollektivə sahibdi. 

- Bu mövsüm lökbatanlıları məğlub edən komandalardan biri də "Xəzər"di və növbəti tur rəqibiniz üzərində qələbə qazansanız, liderliyi ələ keçirəcəksiniz....
- İnşallah, qələbə qazanmağa çalışacağıq. "Qaradağ Lökbatan" I Diviziondan "oturuşmuş" heyətə malik komandadı. Buna görə də bizə çətin olacaq.

- Kənan Mirzəliyev bu gün sarı vərəqə ilə cəzalandırılaraq "Qaradağ"la matçda cəzalı vəziyyətə düşdü. Bunu komanda üçün ciddi itki hesab etmək olarmı?
- Bu, bizi sevindirə bilməz. Kənanın o matçda oynamasını çox istərdik. Çünki son turlar formada idi və istəkli çıxış edirdi. Amma onun yoxluğunu da ciddi itki adlandırmazdım. Heyətimizdə onu əvəz edə biləcək futbolçular var. 

- "Xəzər" yeni yaranan komanda olduğu üçün Premyer Liqaya yüksələcəyi halda lisenziya verilməyə bilər...
- Lisenziya üçün lazım olan bütün sənədləri AFFA-ya təqdim edib. Sonrakı proseslər isə klub rəhbərliyi və federasiya arasında olan məsələdi. (Sport24.az)
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

10:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

Facebookdan bizi izləməyi unutmayın.
X