"Keşlə" ilə oyundan sonra 1 günlük istirahət edən "Sumqayıt" məşqləri bərpa edib.
Fanat.Az xəbər verir ki, Samir Abasovun komandası "Kapital Bank Arena"da hazırlıq keçib.
Zədəsini bərpa edən kapitan Vurğun Hüseynov fərdi hazırlıqla kifayətlənib. 1 saat davam edən məşq prosesində müxtəlif toplu çalışmalar edilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması 22 aprel, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək.
Fanat.Az