"Zirə”dəki maliyyə sıxıntısı ciddi problemlər və özbaşınalıqlar yaradıb.
Fanat.Az-ın xəbərinə görə, klubun aşağı yaş qrupları üzrə komandalarını çalışdıran məşqçilər uzun müddətdi maaşlarını ala bilmir.Milli Aviasiya Akademiyasının (MİA) meydançalarında məşq edən uşaqlar isə bunun acısını çəkir.
Çalışdırıcıların məşqlərə gəlməməsi adi hala çevrilibsə, azyaşlı futbolçuları "Koroğlu” metrostansiyasının yanından MİA-ya aparan da yoxdu. Uşaqlara cəmi 1 avtobus xidmət göstərir. O da bütün uşaqları mənzil başına vaxtında çatdıra bilmir. Minə bilənlər basabasla minir. Qalanları başqa nəqliyyat axtarmalı olur.
Fanat.Az