"Zirə" ciddi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov Milan Duriçin xidmətindən məhrum olub.
Serb futbolçu cəzalı duruma düşüb. "Keşlə" ilə oyunda sarı vərəqə alan Milan limiti doldurub. Mövsüm ərzində 8-ci dəfə "sarı" alan futbolçu ikinci dəfə cəzalı duruma düşüb. Bu səbəbdən o, XXV turun "Qarabağ"la oyununda komandasına kömək edə bilməyəcək.
Fanat.Az