"Roman Qriqorçukla yaxşı münasibətimiz var. Bəzən media aramızda nəsə intriqa yaratmaq istəyir, amma heç bir problem yoxdu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maskimov deyib.
Ukrayna mediasına müsabibə verən mütəxəssis "Qəbələ"nin çalışdıran həmyerlisi Roman Qriqorçukla bağlı danışıb: "Biz onunla sadəcə burda deyil, daha əvvəl çalışdırdığımız komandalarda da qarşılaşmışıq. Yenə deyirəm, kimlərsə məsələləri fərqli göstərmək istəsə də, bizim heç bir problemimiz yoxdu".
Maksimov kubokun finalında "Qəbələ" ilə keçirəcəkləri oyunla bağlı da danışıb: "Kubok yarışıdı və finalda əsl mübarizə görəcəyik. Amma mənim düşüncəmə görə, "Qəbələ” favoritdi. Şanslar 70 faiz onların xeyrinədi. Bundan əlavə final Qəbələdə keçiriləcək. Bu səbəbdən Qriqorçukun komandası bir az daha motivasiyalı olacaq".
Fanat.Az