"Gərgin mübariz oyun getdi. Xeyli müddət təbii otda məşq edirdik. Ancaq bu gün süni qazonda oynamalı olduq və bu, təsir etdi. Buna rəğmən, futbolçularımız normal futbol oynadılar".
Fanat.Az xəbər verir ki, bu sözlər "Səbail"lə oyundan sonra "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.
Baş məşqçi 1:1 hesabı ilə başa çatan oyunla bağlı fikirlərini bildirib: "Bu gün biz qalib gələ bilməli idik. Ancaq 55-ci dəqiqədən 10 nəfərlə oynamaq olduq. Çünki Şəhriyar Rəhimovun dizində zədəsi vardı. Ancaq əvəzləməm yox idi. Sağ olsun, Şəhriyar kapitan kimi mübarizliyini göstərdi. Zədəli futbolçularımızı sabah müayinə edəcəyik".
Hüseynov futbolçularla yanaşı, özünün də zədələndiyini bildirib: "Elə epizod oldu ki, hirsimi dəmirdən çıxdım. Dəmir əlimi kəsdi".
"Baş hakim Ramil Diniyevdən narazı qaldınız. O da sizin bu postda əvəzlədiyiniz Şahin Diniyevin qardaşı oğludu. Sizcə, Ramil əvəz çıxırdı" sualına Yunis bəy belə cavab verib: "Yox. Sadəcə, baş hakim səhvlərə yol verdi. İstədim ki, siz jurnaliustlər baxıb buna qiymət verəsiniz".
Fanat.Az