"Yunis Hüseynovun fikrinə hörmətlə yanaışıram. Hər iki komanda qalib gələ bilərdi. Bizim qol vəziyyəti daha çox idi. Qalib gəlmək istəyirdik. Çünki "Keşlə" bizi qabaqlayaraq 6-cı pilləyə qalxmışdı. Turnir cədvəlində aşağıda olanlar da öz aralarında mübarizə aparır. Evdə qələbə vacib idi. Yetərincə qol vəziyyətləri yaratdıq. Düzdü, ilk hissədə rəqibin qol vəziyyətləri vardı. Ancaq ikinci hissədə olmadı. Nəticə ədalətli oldu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.
Baş məşqçi 1:1 hesabı ilə başa çatan oyunla bağlı fikirlərini bildirib: Uzun ötürmələrdən çox istifadə etdik. Bu da bizim oyun üslubumuzdu. Mərkəzdə top saxlaya bilmiriksə, belə oynamalıyıq. Pis alınmadı. Hər dəfə yaxşı alına bilməz. Çox top itirməyimiz tələskənliklə bağlı idi. Çünki qalib gəlmək istəyirdik. Bəzi futbolçularımız özləri bildiyi kimi oynayırdılar".
Fanat.Az