"Bütün klubu - rəhbərliyimizi, məşqçilər korpusunu, futbolçularımızı çempionluq münasibəti ilə təbrik edirəm. Bu il gərgin mövsüm keçdi. Premyer liqa matçları ilə paralel Çempionlar Liqasıın qrupunda da mübarizə aparırdıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrə çempionluğu rəsmiləşdirən "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.
Kapitan mövsümə bağlı fikirlərini bildirib: "Sevindirici haldı ki, bu il də çempion olduq. Komandamız xal fərqinə baxmayaraq, rahatlaşmadı, ciddi oldu, sona qədər mübarizə apardı. Bunadək dörd dəfə ardıcıl çempion olmağımıza baxmayaraq, bu il də çempionluğu çox istəyirdik. Bu mövsümün özəlliyi bu idi ki, ilk dəfə Çempionlar Liqasının qrupunda mübarizə aparırdıq. Və bizim üçün çox ağır və gərgin idi. Qış fasiləsində bir çox oyunlarda iştirak edə bilmirdik”.
Rəşad daha bir il karyerasını davam etdirəcəyini bildirib: "Daha bir il oynayıb-oynamayacağım haqda tam qərar verməmişik. Amma böyük ehtimal bir mövsüm də oynayacağam. Milli karyeramı bərpa edəcəyim haqda isə hələ söhbət yoxdu".
Fanat.Az