"Düşünürəm ki, açıq danışmaq lazımdır. Bizə qarşı bütün rəqiblərin oyun üslubu fərqli olub. Həmişə vuruşublar, amma ümumi baxanda çempionatda eniş var. 8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq".
Fanat.Az xəbər verir ki. bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
"Sumqayıt"la oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu gələcəkdə daha güclü yarışın təşkil ediləcəyinə ümid edir: "Xal fərqi bir yana, oyunlar göz qabağındadı. Ümid edirəm ki, bundan sonra daha yaxşı, güclü bir yarış təşkil olunar. Bu da Azərbaycan futboluna xeyir olar".
Qara "Qarabağ"da qalmaq istəyir: "Azərbaycan daxilində nə varsa, pis-yaxşı "Qarabağ”la qazanmaq istəyirəm. Amma xaricdən təklif gəlsə, öncə klubumun mənfəətini düşünəcəyəm. Baş məşqçi ilə məsləhətləşəcəyəm".
Fanat.Az