İspaniya Sequndasında XXXVI turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, milli futbolçumuz Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon” da növbəti matçına çıxıb. Eddinin komandası "Osasuna”nı qəbul edib. Qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0. İsrafilovun adı oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 36 oyuna 43 xal yığan "Alkorkon” turnir cədvəlində 15-ci pillədə mövqe tutub.
Fanat.Az