Çexiyanın elita klublarının gənclərdən ibarət komandaları arasında çempionatda növbəti turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Rövlan Muradovun komandası - "Slaviya” səfərdə "Viktoriya" ilə üz-üzə gəlib.
Elitada qalmaq uğrunda yarışan "10-luq”da mübarizə aparan Praqa təmsilçisi Plzendə 0:2 hesabıyla uduzub. Start "11-lik"də yer alan Rövlan sonadək meydanda olub.
Qeyd edək ki, "Slaviya” 3 turdan sonra 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Fanat.Az