Azərbaycan millisinin və "Erzgebirge Aue"nin yarımmüdafiəçisi Dmitri Nazarovun 2-ci Bundesliqada son turda vurduğu qol Almaniyada ən yaxşı seçilib.
Fanat.Az xəbər verir ki, jurnalistlər və azarkeşlər bu qənaətdədi. 31-ci turda - Dmitrinin komandasının 1:3 hesablı yenilgisi ilə başa çatan matçda qeydə alınan top mövsümün ən yaxşı qolu sayılmağa da namizəddi.
Fanat.Az