"Bavariya”nın müdafiəçisi David Alaba Çempionlar Liqasının yarımfinalı çərçivəsində sabah "Real”la oynanılacaq görüş öncəsi keçirilən məşqdə iştirak etməyib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, avstriyalı futbolçunun Münhendə keçiriləcək görüşdə meydana çıxması gözlənilmir.
"Bavariya”nın baş məşqçisi Yupp Haynkesin sözügedən oyunda müdafiənin solunda Rafinyanın xidmətindən istifadə etmək istədiyi bildirilir.
Fanat.Az