"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.
Fanat.Az xəbər verir ki, 2010-cu ildən "köhlən atlar"ın uğurları üçün tər tökən arxa xətt oyunçusu Ağdam klubundakı gələcəyi haqda danışıb: "Azərbaycanda hər şey ürəyimcədi. "Qarabağ"da mümkün qədər çoxqalacağıma inanıram. Artıq 8 ilə yaxındı "Qarabağ”dayam. Burda özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir”.
35 yaşlı Aqolli oynamaq üçün gücünün tükənmədiyini deyib: "Yalnız futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdı. Dayanmaq istəmirəm, çünki hələ bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".
Fanat.Az