"Barselona”nıÇin klublarından birinə dəyişəcəyi gözlənilən Andres İnyesta Avropanın başqa böyük klublarında oynaya bilər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti” və PSJ ispaniyalı futbolçu ilə yaxından maraqlanır. "Barselona” isə Kataloniya klubunun uğurlarında böyük pay sahibi olan İnyestanın digər Avropa klubuna keçməsinə əngəl yaratmağa hazırlaşmır. Məhz nəhəng Avropa klublarından gələn təkliflərə görə İnyesta yekun qərarını açıqlamağa tələsmir.
Fanat.Az