Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları ərəfəsində "Real”ın alman futbolçusu Toni Kroos UEFA-nın saytına danışıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "Bavariya” ilə sabah Münhendə baş tutacaq matçdan söz açıb:
"İndi "Bavariya” daha yaxşı formadadı. Yupp Haynkesin rəhbərliyi altında daha xoş təsir bağışlayır. Haynkes hər şeyi yoluna qoymağı bacaran mütəxəssisdi. Rəqibin ən böyük gücü elə Haynkesdi. İş yalnız taktikada deyil. Komandanı idarə etmək bacarığı da mütləqdi. Onun rəhbərliyi altında həm "Bayer”də, həm də "Bavariya”da oynamışam. Çempionlar Liqası elə turnirdir ki, onu qazanan özünü Avropanın ən yaxşısı sayır. İndi "Bavariya” da "Real” kimi, bu uğura imza atmaq üçün alışıb-yanır. Finala çıxmaq istəyirik. Bu mövsüm qalib olmaq üçün son şansımızdı. Titulumuzu qorumağa köklənmişik. Bilirik ki, çətin olacaq. Ancaq biz bura gətirən yolda PSJ və "Yuventus”u üstələmişik. Münhenə "Bavariya”nın bayramını korlamağa gəlmişik”.
Fanat.Az