Çempionlar Liqasının yarımfinalında "Roma" "Liverpul"a 2:5 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra italyanların baş məşqçisi Eusebio Di Françesko oyun haqda fikirlərini səsləndirib.
"İlk 20 dəqiqə yaxşı oynadıq. Sonra oyuna nəzarəti rəqibə verdik və çox asan toplar itirdik. Ancaq "Barselona" ilə matç haqda danışmağa davam etməməliyik. Əks təqdirdə, istədiyimizi əldə edə bilmərik. Cavab oyununda çox fərqli "Roma" izləyəcəksiniz. Bu görüşdə onların işini asanlaşdırdıq. Ancaq ikinci matç belə olmayacaq", deyə məğlubiyyətə şərh verib.
O, cavab matçında geridönüş edə biləcəklərini söyləyib: "Barselona" ilə ikinci görüşdən əvvəl şansımızın davam etdiyini demişdim. İndi də eyni şeyi söyləyirəm. Yenə geridönüş edə bilərik. Matçın bəzi bölümlərində komandam özünəinamı itirdi. Bu olmamalıdır".
Fanat.Az