Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunub.
"Neftçi” ilə kubok matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Qəbələ” 800 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində "Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
"Sumqayıt”la səfər qarşılaşmasında aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılan "Keşlə”nin baş məşqçisi Yuri Maksimovun cəzası daha ağır olub. O, 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub
Premyer Liqanın "Qəbələ” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə alan "Neftçi” 800 manat ödəməli olacaq.
Çempionatın "Sumqayıt” – "Qarabağ” matçı başa çatdıqdan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov , məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.
Fanat.Az