Bildiyiniz kimi, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib.
Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.
Fanat.Az xəbər verir ki, "Beşiktaş”ın baş məşqçisi Şenol Günəş və futbolçular Tolga Zengin, Caner Erkin, Rikardo Kuarejma polis bölməsinə çağırılıblar.
Bu barədə "NTV Spor" məlumat yayıb.
Tərəflər Türkiyə kubokunun yarımfinal mərhələsində "Fənərbaxça” ilə keçirilən oyunda baş verənlərə görə zərərçəkən şəxs qismində ifadə verəcəklər.
Fanat.Az