Antalyada təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il doğumlu futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb. Aprelin 27-də keçiriləcək növbəti oyunda yığmamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz turnirdəki ilk matçında Türkiyənin 2004-cü il doğumlulardan ibarət komandası ilə heç-heçə edib – 1:1.
Fanat.Az