Bu gün Azərbaycan I divizionunda XXV turun mərkəzi oyunu baş tutacaq. Belə ki, Premyer Liqaya vəsiqə iddiasında olan liderlər - "Qaradağ Lökbatan" və "Xəzər" Lökbatan Olimpiya Kompleksinin stadionunda üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, I divizionda çempionluğun taleyini böyük ölçüdə həll edəcək qarşılaşmanı canlı izləmək olacaq. Saat 16.00-da başlayacaq qarşılaşmanı "CBC-Sport" futbolsevərlərə təqdim edəcək.
Qeyd edək ki, 24 turdan sonra "Qaradağ Lökbatan" 46 xalla turnir cədvəlinə başçılıq edir. "Xəzər" isə 44 xalla ikinci pillədədi.
Fanat.Az