"Yeni müqaviləylə bağlı Samir Abasovla söhbətimiz olub. Qərara gəldik ki, müqavilə məsələsinə çempionat başa çatdıqdan sonra baxaq". Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib.
Klub rəhbəri "CBC Sport"un "Üçüncü hissə" verilişinə mövsümün sonunda komandadan gedəcəyi deyilən baş baş məşqçi ilə bağlı danışıb: "Komandanın son 4 turda vacib oyunları var və buna köklənməsi lazımdı. Belə məqamda Abasovla yeni müqavilə məsələsini müzakirə etmək düzgün olmaz. Premyer Liqa başa çatdıqdan sonra baş məşqçi ilə gələcək barədə müzakirəmiz olacaq. Əlbəttə, Samir müəllim güclü mütəxəssisdi. O, Sumqayıtda doğlub, boya-başa çatıb və bu şəhəri sevir. Sumqayıtlılar da onu sevir".
Qeyd edək ki, Samir Abasovun "Zirə"yə keçəcəyi deyilir. Onun həmçinin "Qəbələ" və "Neftçi"nin də maraq dairəsində olduğu bildirilir.
Fanat.Az