I divizionun iştirakçısı olan "Xəzər"in Premyer Liqada çıxış edəcəyi halda Qubanı təmsil etməsiylə bağlı xəbər bu bölgədə böyük marağa səbəb olub. Fanat.Az xəbər verir ki, sport24.az saat 16.00-da başlayan "Qaradağ Lökbatan" - "Xəzər" matçı Quba kinoteatrında canlı nümayiş olunacağı barədə xəbər yayıb.
Xəbəri Quba Olimpiya İdman Kompleksinin rəsmisi, AFFA hakim-inspektoru Akif Əliyev təsdiqləyib. O, bildirib ki, Quba rayon mərkəzində Nizamı adına kinoteatrdakı 16 metr uzunluğunda böyük ekranda oyun münayiş olurur. Həmin məkanda Avropada derbi matçlaı, Çempionlar Liqası və Avropa Liqası qarşılaşmaları göstərilir.
"Xəzər"in Qubanı təmsil edəcəyi ilə bağlı xəbərlər komandanın azarkeşlərinin də marağına səbəb olub. Fanat.Az xəbər verir ki, bir qrup azarkeş saat 16.00-da başlayan matçda üzərinə "Quba, gözlə, gəlirik!" yazılmış pankart açıb.
Fanat.Az