"Oyun pis alınmadı. Futbolçularımız yaxşı mübarizə apardılar. Lakin bəzi oyunçularımızın ustalıq səviyyəsi çatmadı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan (1:2) sonra "Zirə”nin məşqçisi Elnur Çodarov deyib.
Baş məşqçi Ayxan Abbasov cəzalı olduğu üçün komandanı meydana çıxardan və oyundan sonra təşkil edilən mətbuat konfransında çıxış edən Çodarov fikrini bu sözlərlə davam etdirib: "Qarabağ”a qarşı oyunlarımız həmişə uğursuz alınır. Bu gün qalib gəlmək istəyirdik. Oyunumuz pis alınmadı. Hücumda çoxala bilirdik. Lakin dediyim kimi, bu görüşdə qalib gəlmək üçün ustalıq səviyyəmiz çatmadı”.
Məşqçi Sadio Tonkaranın oynamamasının səbəbini açıqlayıb: "Onun zədəsi var. Buna görə şans vermədik".
Fanat.Az