15:01 28.04.2018 1817

“Xəzər”in prezidenti: “Premyer Liqaya bir sıra yeniliklər gətirmək istəyirik”

I divizionda çempionatın startından bəri "Qaradağ Lökbatan” hegemonluğuna dünən son qoyuldu. Lideri səfərdə 3:1 məğlub edən "Xəzər” qış fasiləsənədək yaranan 19 xallıq qandikapı aradan qaldırdı. Matç başa çatdıqdan sonra "Xəzər”in prezidenti Mahir Məmmədov Fanat.Az-ın əməkdaşının suallarını cavablandırdı.

- Nəhayət ki, qarşımıza qoyduğumuz məqsədə çatdıq və komandamız ilk pilləni ələ keçirdi. Lakin mübarizə davam edir. Hədəfimiz I divizionun çempionu olmaqdı və inşallah, bunu bacaracağıq. İlk dövrə bizim üçün çox çətin keçdi. Lakin qış fasiləsindən sonra peşəkar komanda formalaşdırdıq və onların köməkliyi ilə yaranan xal fərqini aradan qaldırmağı bacardıq.

- Qəş fasiləsinə yollanarkən, liderdən xeyli geri qalırdınız. Buna baxmayaraq, komanda təlim-məşq toplanışını Türkiyədə keçirməyi qərara aldı. Həmin vaxt inam var idi ki, 19 xalı aradan qaldıra biləcəksiniz?
- İnam həmişə olub. Çempionatın debütantı olmağımıza baxmayaraq, kollektivimiz peşəkarlar tərəfindən idarə olunur. İşlərimizi planlaşdırılan strategiya üzərində qurmuşduq. Minimal məqsəd finiş xəttinə ilk üçlükdə çatmaq idi. Sevindiricidi ki, maksimal hədəfə olduqca yaxınıq.

- Artıq bir neçə aydı ki, "Xəzər”in Premyer Liqada çıxış etmək istəyi barədə informasiyalar dolaşır. Komandanızın maliyyə və infrastrukturu buna imkan verirmi?
- Bir peşəkar klub olaraq buna tam hazırıq. İstər infrastruktur olsun, istərsə də idarəetmə baxımından. Premyer Liqada iştirak etmək üçün qarşımıza qoyulan bütün lisenziya tələblərinə cavab veririk. Qarşımıza hətta yeni şərtlər qoyulsa belə, bunun da öhdəsindən gəlməyə hazırıq. Sadəcə, AFFA-dan rəsmi "hə” cavabı gözləyirik.

- Növbəti mövsüm Premyer Liqada çıxış etsəniz, hədəflər nə olacaq?
- İlk mövsümdəcə hansısa iddialı komandaya çevrilmək fikrimiz yoxdu. Təbii ki, autsayderliklə də barışmaq niyyətində deyilik. Çalışacağıq ortabab bir klub kimi yerimizi möhkəmləndirək. Ancaq ilk ildəcə Premyer Liqaya bir sıra yeniliklər gətirmək istəyirik. Məqsədimiz ölkə futboluna hansısa şəkildə fayda verməkdi. Necə ki, I diviziona xüsusi rəng qatmağı bacardıq, Premyer Liqaya da yeni nəfəs gətirəcəyimizə inanıram.

- Bugünkü (dünənki - red.) görüşünüz Quba kinoteatrında da yerli futbolsevərlər tərəfindən izlənilib. Bunun səbəbi də "Xəzər”in gələn ildən Qubanı təmsil edəcəyinə dair mətbuatda gedən xəbərlərdi...
- Bu barədə sizə rəsmi heç bir fikir bildirə bilməyəcəm. Çünki hazırda danışıqlar gedir. Bu layihə rəsmiləşməyənədək, "bəli, Qubanı təmsil edəcəyik” deyə bilmərəm. Ancaq təbiət, infrastruktur, məsafə baxımından Qubanı təmsil etmək bizim üçün olduqca əlverişlidi.

- Onda sualı başqa cür qoyaq. Qubanı təmsil edəcəyiniz təqdirdə, həmin şəhərdəki Olimpiya Kompleksinin ot örtüyünə əl gəzdiriləcəkmi?
- Biz tək əsas deyil, həm də aşağı yaş qrupları üzrə komandalarla təmsil olunmalıyıq. Təbii ki, bunun üçün meydançamız yararlı hala gətirilməlidi ki, bunu edəcəyik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X