"Uşaqlara təşəkkür edirəm. Vaqif Cavadovun oğlu dünyaya gəlib. Uşaqlar bu qələbəni ona həsr etdilər. Onlara deyirəm ki, formanın arxasında sizin adınız var. Siz öz adınız üçün, ailəniz üçün oynamalısız. Buna görə onlar meydanda sona kimi mübarizə aparırlar. Qələbəyə görə onlara təşəkkür edirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib. Ukraynalı mütəxəssis 2:1 hesablı qələbə qazandıqları oyundan sonra fikirlərini bildirib.
Maksimov fasilədə Kamran Ağayevi əvəzləməsinin səbəbini açıqlayıb. Bildirib ki, ilk hissənin sonunda Slavik Alxasova söyüş söyən, daha sonra ehtiyat oyunçular skamyasında əyləşmiş futbolçulardan birilə münbahisə etməsinə görə yox, zədələnməsinə görə əvəzləyib: "Onun ayağı burxulmuşdu. Buna görə, əvəzlənməyini istədi. Buna görə əvəzlədim. O ki qaldı mübahisəyə, bu, komanda daxilində olan bir şeydi. Ehtiyat oyunçular skamyasında olmamasının səbəbi onun həkimlə getməsi idi".
Baş məşqçi qarşıdakı turda "Qəbələ" ilə baş tutacaq oyunla bağlı da danışıb. Bu komandalar kubokun finalında da qarşılaşacaq: "Biz sürpriz edə bilməyəcəyik. Çünki komandada zədəli oyunçularımız var. Heyətimiz kasaddı. Futbolçularıma da deyirəm ki, çıxın öz adınız üçün oynayın".
Fanat.Az