"Neftçi”nin Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi XXV turun "Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub. "Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi.
Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən "Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2. 70 gündən sonra məğlubiyyət acısı yaşayan "Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.
Fanat.Az