"Qarabağ" Riçard Almeydanın xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, millimizin braziliyalı üzvü cəzalı duruma düşüb.
"Zirə" ilə oyunun 71-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan futbolçu limiti doldurub. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olduğundan XXVI turun "Neftçi" ilə oyununu buraxacaq.
Fanat.Az