Topaz Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, mayın 4-də start götürəcək və üç gün davam edəcək turun qarşılaşmalarının başlama saatı dəqiqləşib.
"Qarabağ” və "Neftçi” arasında mərkəzi oyun mayın 6-da baş tutacaq. Görüş saat 19:00-da başlayacaq.
4 may (cümə)
16:00. "Kəpəz” – "Sumqayıt”
Gəncə şəhər stadionu
5 may
17:00. "Səbail” – "Zirə”
"Bayıl Arena”
19:00. "Qəbələ” – "Keşlə”
Qəbələ şəhər stadionu
6 may
19:00. "Qarabağ” – "Neftçi”
"Azərsun Arena”
Fanat.Az