AFFA oyunların statistin göstəricilərini təqdim edən "InSat" şirkəti ilə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalistlərə Klublar Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, müqavilənin dəyəri 80 min avrodur. Fərdi şəkildə müqavilə imzalayan klublar bu göstəriciləri əldə etmək üçün ildə 12-14 min avro xərcləyirdi. Vahid müqaviləyə isə klublarla yanaşı, bütün milli komandaların və Gənclər Liqasının statistik məlumatları daxil olacaq.
2 illik müqavilənin ödənişini tam olaraq AFFA həyata keçirəcək.
Fanat.Az