Gələn mövsüm Premyer Liqa 8 komandanın iştirakı ilə keçirilə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalistlərə Klublar Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, lisenziyalaşdırma ilə bağlı problemlər var və çempionatda 10 komandanın iştirak etmə ehtimalı azdı:
"10 klub tərəfindən bütün sənədlər verildi. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Lakin bəziləri yenə bu məsələyə qeyri-peşəkar yanaşdılar. Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirmələri məni məyus edir. Hazırda planda 8 komandanın iştirakıdı. Lisenziyalaşdırma ilə bağlı problem olduğu və vəziyyəti gördüyümüz üçün təəssüf ki, hazırda 10 komandalı çempionat ehtimalı çox azdı. Təbii ki, AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunacaq".
Fanat.Az