"DÇ-2018"dən kənarda qalan İtaliya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, xəbər verir ki, "Squadra Azurra"ya hazırda karyerasını Rusiya Premyer Liqasında, "Zenit"də davam etdirən, bir dönəm "Qalatasaray"ı da çalışdırmış Roberto Mançini rəhbərlik edəcək. "SKY İtalia"nın yaydığı məlumata görə mütəxəssis artıq İtaliya Futbol Federasiyası ilə anlaşıb.
Ötən ilin mayında rus klubu ilə 3+2 illik müqavilə imzalayan Mançini üçün imza mərasimi təşkil olunmuşdu. Onun rəhbərliyi altında "Zenit" 28 matçda 13 qələbə, 11 heç-heçəyə imza atıb və 4 dəfə məğlubiyyətlə üzləşib.
Fanat.Az