AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının XXV turunda baş verənləri müzakirə edib.
"Qəbələ” - "Kəpəz” matçında qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. "Kəpəz” stadiona dəymiş ziyanı "Qəbələ”nin təqdim edəcəyi hesaba əsasən ödəməli olacaq.
"Sumqayıt” – "Səbail” oyununun ikinci hissəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.
Fanat.az