10:22 21.10.2013 1045

Qurban Qurbanov millini çalışdırmayacaq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin "sükanı arxası"na keçməkdən imtina edib. Fanat.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yaxın ətrafına hazırkı iş yerinin onu tam qane etdiyini bildirib.

 Qurbanov “Qarabağ” rəhbərliyinin etimadı və yaratdığı şərait qarşılığında klubdan ayrılmağa razı olmayıb. AFFA rəhbərliyi onun millidə işləməyə razı olub-olmadığını müəyyən şəxslərin vasitəsilə öyrənmək istəyib. Bu zaman gənc mütəxəssis “işləyirəm də elə “Qarabağ”da”cavabını verib. 

 Baş məşqçi Lent.az-a açıqlamasında Ağdam klubunda çalışmaqda qərarlı olduğunu təsdiqləyib: “Bu gün “Qarabağ”dayamsa, elə fikrim də “Qarabağ”da olmalıdı. Bu komandanın uğurları, nəticələri, düşündüyümüz kollektivi qurmaq üçün çalışmalıyıq. Hələ mənim tərəfimdən belə bir fikir, ideya, başqa bir şey yoxdu. Fikrim yalnız “Qarabağ”dadı”.

 

Bununla yanaşı, Qurbanov ona millimizin baş məşqçi postunun təklif olunmadığını da bəyan edib. Onun fikrincə, təklif yoxdursa, bu məsələyə dair hansısa fikri bildirmək düzgün olmaz: “Ona görə də hazırda yalnız “Qarabağ”da çalışmaq daha yaxşı olar”.

 

Bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Lent.az-a açıqlamasında Qurbanovun eyni vaxtda həm klubda, həm də millidə işləməsinin mümkünlüyünə dair fikir səsləndirib. Lakin gənc mütəxəssis bu varianta münasibət bildirmək istəməyib: “Yenə deyirəm, təklif yoxdursa, o barədə fikir bildirməyimiz düzgün olmaz”.

 

“Hələ ki klubda işləməyə üstünlük verirsiniz?” sualına isə Qurbanov “burdayam” cavabını verib.

 

Qeyd edək ki, sözügedən çalışdırıcı 2008-ci ilin avqustunda “Qarabağ”a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə Azərbaycan Kubokunun qalibi, 2012-2013-cü il mövsümündə Azərbaycan Premyer Liqasının gümüş, 2009-2010 və 2010-2011-ci il mövsümlərində bürünc medalını qazanıb. Həmçinin, Avropa Liqasında 2009/10, 2010/11 və 2013/14 mövsümlərində “pley-off” mərhələsinədək irəliləyib. Milli komandamıza 2008-ci ilin aprelindən başçılıq edən Berti Foqtsun hazırkı müqaviləsinin müddəti isə bu ilin sonunda başa çatır. Onunla yeni müqavilə məsələsinə dair qərarı AFFA İcraiyyə Komitəsi verəcək.


Lent.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Facebookdan bizi izləməyi unutmayın.
X