21:44 02.05.2018 1393

Güləşçilərimiz bu gün AÇ-də nə etdi?

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. 

Qadınlar

50 kq 
Yığmamızın lideri Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk cəhdində Jaklin Şellinlə (Almaniya) güləşib və 10:0 hesabı ilə qələbə qazanıb. 6 dəfə qitə çempionu olan idmançımız növbəti qarşılaşmasında da çətinliklə üzləşməyib. Stadnik bu dəfə rusiyalı Milana Dadaşevanı 10:0 hesabı ilə məğlub edib. Stadnik yarımfinalda Kseniya Stankeviçlə (Belarus) yarışıb. O, bu dəfə də asan qələbə qazanıb - 10:0.   

Mariya sabah baş tutacaq finalda Emilya Vukla (Rumıniya) qüvvəsini sınayacaq.

55 kq
Solmaz Həşimzadənin Kaspiyskdə debütü 1/4 finala təsadüf edib. Bediha Günlə (Türkiyə) üz-üzə gələn güləşçi 0:4 hesabı ilə uduzub.  

59 kq 
Tatyana Omelçenko da Avropa çempionatına 1/4 finaldan qoşulub. Mimi Hristova (Bolqarıstan) ilə qarşılaşan təmsilçimiz 3:8 hesabı ilə məğlub olub.  

68 kq 
İrina Netreba 1/4 final üçün türkiyəli Buse Tosunu sınağa çəkib. Lakin o, mərhələ adlaya bilməyib - 5:8.

76 kq
Səbirə Əliyeva 1/4 final mərhələsi çərçivəsində Zjanet Nemetlə (Macarıstan) münasibətinə aydınlıq gətirib. İdmançımız 9:6 hesabı ilə qalib gəlib. O, yarımfinalda Yekaterina Bukina ilə qüvvəsini sınayıb. Təmsilçimiz 0:10 hesabı ilə uduzub. 

Əliyeva çıxışını bürünc medal uğrunda davam etdirəcək. Döyüş sabah olacaq.  

Bu gün, həmçinin 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mükafatçıları müəyyənləşdiriblər. "Klassiklər”in son yarış günündə təmsilçilərimizdən ikisi final, digər üçü bürünc medal üçün xalçaya çıxıb.

60 kq 
Murad Məmmədov titul döyüşünə çıxıb. O, çempionluq üçün rusiyalı Sergey Yemelinlə üz-üz gəlib. Görüşün gedişində 5:0 hesabı ilə önə keçən Məmmədov üstünlüyünü qoruya bilməyib və 5:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 

67 kq
Elman Muxtarov bürünc medal şansını da itirib. Təmsilçimiz 3-cü yer uğrunda qarşılaşma üçün təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyanla mübarizə aparıb və 3:5 hesabı ilə uduzub.

72 kq
Yığmamızın liderlərindən olan Rəsul Çunayev ilk Avropa çempionluğunu rəsmiləşdirə bilməyib. 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu dəfə də eyni aqibətlə barışıb. O, həlledici qarşılaşmada Adam Kuraka (Rusiya) uduzub.

82 kq
Yarımfinalda belaruslu Viktor Sasunovskiyə uduzan Rafiq Hüseynov bürünc medal üçün xalçaya çıxıb. Onun rəqibi Rolan Şvarts (Almaniya) olub. Əzmkar qələbə qazanan Hüseynov Avropa çempionatını üçüncü pillədə başa vurub.

97 kq
Orxan Nuriyevin də bürünc medal uğrunda yarışıb. O, ilk təsəlliverici qarşılaşmasında Nikolay Bayryakovla (Bolqarıstan) güləşib və 3:1 hesabı ilə qalib gəlib. Orxan növbəti görüşündə macarıstanlı Balaş Kisslə (Macarıstan) qüvvəsini sınayıb. Rəqib 3:1 hesabı ilə qələbə qazandığından həmyerlimiz çempionatla vidalaşıb. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamızın aktivində bu günədək 1 qızıl və 1 bürünc medal var idi. Eldəniz Əzizli (55 kq) Avropa çempionu olduğu halda, Elvin Mürsəliyev (77 kq) 3-cü yeri tutub.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
19:39

"Layihəmqəbulolunsa, davam etmək istəyirəm-Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X