"Rubin”in yarımmüdafiəçisi Gökdeniz Karadeniz bu gün karyerasını bitirdiyini açıqlayacaq.
Fanat.Az xəbər verir ki, Türkiyə millisində 50 oyun keçirən 38 yaşlı futbolçu Bakı vaxtıyla 20:30-da başlayacaq mətbuat konfransında butslarını mıxdan asdığını elan edəcək.
Kazan təmsilçisində 200-dən artıq matça çıxan Gökdeniz 2008-ci ildən Rusiya Premyer Liqasında top qovur. O, bu müddətdə 2 dəfə Rusiya çempionu olub. 2012-ci ildə Rusiya Kubokunda qələbə sevinci yaşayan türk 2 dəfə ölkə superkubokunu başı üzərinə qaldırmağa da imkan tapıb.
Fanat.Az