Birinci Divizionda mübarizə aparan "Sabah” Futbol Klubu bəyanat yayıb.
Fanat.Az xəbər verir ki, bəyanatda komandanın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubdan göndəriləcəyinə dair xəbərlər təkzib olunub: "Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir. Komandanın növbəti mövsüm üçün planları gələcəkdə komandanın qarşısına qoyulacaq hədəflərdən asılı olacaq”.
Fanat.Az