"Nə deyəcəyimi bilmirəm, finala çıxmaq bizim üçün inanılmaz uğurdu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Liverpul”un müdafiəçisi Alberto Moreno deyib. Arxa xətt oyunçusu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Roma"ya uduzandan (2:4) sonra jurnalistlər önünə çıxıb. İlk görüşdə 5:2 hesablı zəfərə sevindiyi üçün finala yüksələn İngiltərə təmsilçisinin üzvü Ronaldo haqda maraqlı fikir səsləndirib: "Əlimdə İmkan olsa, finaldan öncə Kriştiano Ronaldonu öldürərəm. Çox təhlükəli futbolçudu".
İspan futbolçu "Liverpul"un ulduzu Məhəmməd Salah haqqında da bir neçə cümlə söyləyib: "Salah möhtəşəm oyunçudu. Mövsüm boyu bizim üçün çox önəmli işlər görüb. Ümid edirəm ki, finalda da özünəməxsus oyununu sərgiləyə biləcək”.
Fanat.Az