"Frayburq”un müdafiəçisi Çağlar Söyüncü karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk futbolçu "Arsenal”a keçmək üzrədi.
"Altınordu” klubunun prezidenti Seyit Mehmet Özkan Beynəlxalq Futbol İqtisadiyyatı forumunda bu barədə danışıb: "Keçən mövsümün əvvəlində "Frayburq”a satdığımız Çağlar Söyüncü "Arsenal”a transfer olmaq üzrədi. O transferdən də gəlir əldə edəcəyik. "Arsenal” bizdən Çağların göstəricilərini istəyib. Artıq hər şeyi hazırlamışıq”.
Fanat.Az