Qurban Qurbanov millinin heyətini Premyer Liqada 2017/18 mövsümü başa çatmamış açıqlaya bilər.
Fanat.Az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Mütəxəssis bildirib ki, heyəti sona bir tur qalmış açıqlaya bilər.
Heyətdə yeni futbolluların olub-olmaması ilə bağlı suala Qurbanov belə cavab verib:
"Bu barədə nəsə deyə bilmərəm. Əvvəl də qeyd etmişəm ki, toplantılarda yeni futbolçular olacaq. O demək deyil ki, bir dəfə yığmaya dəvət alan futbolçu həmişə çağırılacaq. Futbolçuları rotasiya edəcəyik. Diqqətlə oyunlarına baxırıq. Hələ qarşıda bir neçə tur var. Oyunçuların hər birini izləyirik".
Qeyd edək ki, millimiz mayın 29-da Bakıda Qırğızıstan, iyunun 5-də Astanada Qazaxıstan, ayın 9-da Riqada Latviya ilə yoxlama oyunu keçirəcək.
Fanat.Az