U-19 liqasının qalibi olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanan "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilovun postunda qalib-qalmayacağı bəlli deyil.
Fanat.Az xəbər verir ki, klubun vitse-prezidenti Fariz Nəcəfov bununla bağlı akademiya direktorunun qərarını nəzərə alacaqlarını bildirib:
"Biz "Qəbələ”də tək futbolçu deyil, məşqçi də yetişdirik. Famil müəllim də təcrübə toplamalıdı. Azərbaycanda qala-qala buna nail ola bilməz. Ancaq bu qərarları akademiyamızın direktoru verir. Onun təkliflərini dəyərləndiririk. Ancaq mən onun qalmasının tərəfdarıyam".
Fanat.Az