"Həmişəki kimi, şablon sözləri deməliyik. Meydana qələbə üçün çıxmışdıq. Maraqlı oyun keçdi. "Sumqayıt"a uğurlar arzulayıram".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan sonra "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.
Mütxəssis 1:1 hesabı ilə başa çatan oyundan sonra jurnalistlətin suallarını cavablandırıb: "İki çətin oyunumuz qalıb. Bildiyiniz kimi, son 2 turda rəqiblərimiz olacaq "Zirə" və "Neftçi" avrokuboklar uğrunda mübarizə aparır. Biz də sonadək mübarizə aparacağıq ki, xal toplayıq. İstəyirdik ki, bu oyunda qalib gələk. Fikrimcə, bu gün qalib gələn tərəf biz olmalı idik. Ancaq təəssüflər olsun kİ, bir epizodda səhvdən qapımızda qol gördük. Hakimləri qınamıram. Ancaq mənə elə gəldi ki, orda cərimə zərbəsi vardı. Dünən hamınız gördünüz ki, Avropa Liqasının yarımfinalında "Zalsburq" - "Marsel" oyununda hakimin kobud səhvi qapıya qolla nəticələndi. Bizdə də belə bir şey oldu. Yan xətt hakiminin gözününün qarşısında top rəqibdən çıxdı, ancaq əleyhimizə aut verdi. Bu epizod da qapımıza qolla nəticələndi. Həmin epizoddakı səhv olmasaydı, yəqin ki, biz qalib gələcəkdik. Komandamdan razı qaldım. Futbolçularımız meydanda yaxşı, əzmkar oyun göstərdilər".
İlk əvəzləmə zamanı azarkeşlər baş məşqçinini qərarına kəskin etiraz etmişdi. Hüseynov Quili Mandqaladzeninin əvəzlənməsinin səbəbini açıqlayıb: "Bəli, onlar bu əvəzləmədən narazı oldular. Ancaq azarkeşlərə tərəf dönüb deyə bilmərəm ki, oyunçu zədələnib. İlk hissədən sonra onu əvəzləmək istəyiridk. Həkimimiz fasilədə ayağına ağrıkəsici iynə vurdu və belə meydana çıxdı. Dedi ki, baxım, oynaya bilsəydi, axıradək mübarizə aparacaqdı. Ancaq iynə vurulandan sonra da onda ağırılar oldu. Hansı məşqçi yaxşı futbolçularından kimisə əvəzləyə bilər? Azarkeşlərimiz gərək onu biləydi ki, Qulili zədələnib. O, meydanda da axsaya-axsaya çıxdı.
Şəhriyar Əliyevi də gözlənilmədən əvəzlədim. Şəhriyar tez əlini qaldırdı. Həkimi çağırmaq lazım deyil. Mən istəmədim ki, komanda meydanda bir dəqiqə də olsa, azlıqda qalsın. Ona görə də Şəhtiyarı əvəzlədim. Əvəzetmə reallaşandan sonra Əliyev mənə dedi ki, yaxşıyam və oynaya bilərəm. Artıq gec idi. Onu əvəzləmək fikrim də yox idi. Məcburiyyət qarşısında qalıb onları əvəzlədim".
Fanat.Az