Fransa yığmasının üzvü Loran Koselni DÇ-2018-ə getməyəcək.
Fanat.Az xəbər verir ki, səbəb müdafiəçinin zədələnməsidi. London "Arsenal”ında top qovan Koselni Avropa Liqasının yarımfinal mərhələsinin "Atletiko” ilə cavab matçında (0:1) sıradan çıxaraq həm mövsümün qalan bölümündə, həm də mundialda oynamaq şansını itirib.
Qeyd edək ki, 32 yaşlı arxa xətt oyunçusu bu mövsüm 37 oyunda forma şansı qazanıb və 2 qol vurmağa imkan tapıb.
Fanat.Az