19:57 05.05.2018 1476

AÇ: Legionerimiz çempion oldu, finala kimlər çıxdı?

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
 
Fanat.Az xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər gücünü sınayıb. Aleksandr Qostiyev və Şərif Şərifov finala yüksəlibsə, Mircəlal Həsənzadə ilə Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda mübarizə aparacaqlar. Bundan başqa daha 5 pəhləvanımız həlledici görüşə çıxacaq.
 
61 kq
Təmsilçimiz Mircəlal Həsənzadə 1/4 finalda isveçrəli Rendi Voksa 10:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinalda gürcüstanlı Beka Lomtadze önündə aciz qalıb - 0:12. Bu isə Həsənzadənin bürünc medal uğrunda mübarizə aparmasına zəmin yaradıb. O, 3-cü yer uğrunda görüşü sabah keçirəcək. Pəhləvanımızın rəqibi hələ bəlli deyil.
 
74 kq
Bu çəkidə yarışan Coşqun Əzimov da mübarizəyə 1/8 finaldan start verib. O, ilk rəqibi Andrius Majeykaya (Litva) uduzub - 6:8.
 
86 kq
Aleksandr Qostiev də digər iki komanda yoldaşı kimi yarışa 1/8 finalda başlayıb. Legioner güləşçimiz ilk cəhdində bolqar Məhmət Qazini 10:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda almaniyalı Ahmad Dudarova 6:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Final yolunda gürcüstanlı Sandro Aminaşvili də təmsilçilçimiz önündə eyni hesabla məğlub olub. Beləliklə, Qostiev həlledici görüşə vəsiqə qazanıb. O, sabah finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gələcək.
 
92 kq
Dünya və Avropa çempionu Şərif Şərifov ilk olaraq 1/4 finalda moldovalı Nikolay Çebana qalib gəlib - 10:0. O, yarımfinalda türkiyəli Sərdar Boke önündə də çətinlik çəkməyib (10:0) və finala adlayıb. Şərifov həlledici görüşdə sabah Rusiya təmsilçisi Abdulraşid Sadullayevdən güclü olmağa çalışacaq.
 
125 kq
Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə turnirə 1/4 finaldan start verib. O, ilk rəqibi türkiyəli Taha Akgülə 2:4 hesabı ilə uduzub. Maqomedov sabah təsəlliverici görüşdə iştirak edəcək. Onun rəqibi İbrahim Saidov (Belarus) olacaq.
 
***
 
Bu gün həmçinin 57, 65, 70, 79, 97 kq çəkidə yarışan pəhləvanlarımız titul döyüşlərinə çıxacaqlar.
 
57 kq
İlk üç rəqibini asanlıqla keçən legioner Giorgi Edişeraşvili Avropa çempionu olmaq üçün son dəfə döşək üzərinə çıxıb. Təmsilçimiz gərgin keçən mübarizədə rusiyalı Zaur Uqiyevi məğlub edərək (4:3) Avropa çempionu olub.
 
65 kq
3 qat dünya və 1 dəfə Avropa çempionu olmuş Hacı Əliyev növbəti dəfə qitənin ən güclüsü olmaq üçün özünü sınayacaq. O, son görüşündə Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşacaq.
 
70 kq
Murtazali Müslimov üçüncülük üçün yarışacaq. Pəhləvanımızın rəqibi Azamat Nurikau (Belarus) olacaq.
 
79 kq
İki dəfə Avropa çempionu olmuş Cəbrayıl Həsənov bu dəfə qitə birinciliyinin bürünc medallarına iddialıdı. O, türkiyəli Muhammet Nuri Kotanoğlu ilə qarşılaşacaq.
 
97 kq
IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nurmaqomed Qadjiyev Avropa birinciliyində "bürünc”ə iddialıdı. Təmsilçimizin rəqibi Maqomedqadji Nurovdu (Makedoniya).
 
Qeyd edək ki, geridə qalan 5 gündə Azərbaycan güləşçiləri 10 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) və Mariya Stadnik (50 kq) hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) və Elis Manolas (65 kq) yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq) və Səbirə Əliyeva (76 kq) "bürünc”ə yiyələnib.
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
19:39

"Layihəmqəbulolunsa, davam etmək istəyirəm-Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X