Topaz Premyer Liqasında XXVI tura yekun vurulub. Fanat.Az xəbər verir ki, son gündə bir qarşılaşma baş tutub.
Tura Azərbaycan derbisi ilə yekun vurulub. Bütün çempionatların iştirakçısı olan "Neftçi” və "Qarabağ” sonuncuların meydanında qarşılaşıb.
Çempionluğu təmin edən Qurban Qurbanovun komandası mövsümün son ev oyununda zəzli rəqibi ilə üz-üzə gəlib. Tərlan Əhmədovun yetirmələri avrokubok şansının azalmaması üçün çempionun 17 oyunluq məğlubiyyətsizlik seriyasını qırmağa çalışırdı ki, buna nail olub. Oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun 3 oyunu 2 gündə baş tutub. "Zirə" "Səbail"ə 1:1 hesabı ilə qalib gəlib, "Kəpəz" - "Sumqayıt" və "Qəbələ" - "Keşlə" oyunlarında qalib müəyyənləşməyib - 1:1.
Topaz Premyer Liqası
2017/18 mövsümü
IV dövrə, XXVI tur
6 may
Qarabağ - Neftçi 0:1
Qol: Rəhman Hacıyev, 37.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 11. Mahir Mədətov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 66. Cavid Bayramov, 90. Ramil Şeydayev, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov, 2. İlkin Qırtımov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 93. Soni Mustivar, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 13. Fransisko Qarsiya.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Mövsümün əvvəlki oyunları - 3:1, 1:0, 0:0.
"Azərsun Arena”.
Fanat.Az