Almaniyanın Şimal-Şərq Regional Liqasında 33-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Babelsberg”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, ağır zədə aldığından uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onu da bildirək ki, Rüfət növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi "Proyssen”də top qovacaq.
"Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 2-ci pillədə mövqe tutub.
Fanat.Az