Cənubi Kipr çempionatında XXXV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi "Anortosis” öz meydanında "Omonia”nı qəbul edib.
Meydana start heyətində çıxa Araz ilk yarıdan sonra əvəzlənib. O, 19-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Matç həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 69-a çatdıran "Anortosis” üçüncü pillədə qərarlaşıb.
Fanat.Az