"Barselona”nın futbolçusu Luis Suares "Real”la oyundan sonra maraqlı açıqlama ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, Suares Messiyə qol ötürməsi verdiyi epizodda qaydanı pozduğunu etiraf edib:
"Hesabda iki dəfə önə keçdik. Heç-heçə bizim üçün pis nəticə deyil. Azlıqda qalandan sonra daha etibarla müdafiə olunduq, intizamlı oynadıq.
İkinci qoldan əvvəl kiçik qayda pozuntusu olmuşdu. Hakimin oyunu saxlamamasına təəccübləndim. Top rəqibin müdafiəçisində idi. Mən ayağımı onun qarşısına qoydum, amma hakimin qərarına hörmətlə yanaşmalıyıq”.
Fanat.Az