İsveç çempionatında 7-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Dalkurd” ilə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Emin bu matçda da oynamayıb. Səbəb onun bir müddətdi zədədən əziyyət çəkməsidi.
"Kalmar” hazırda 13 xalla 16 iştirakçı arasında 4-cü yerdə mövqe tutub.
Fanat.Az